Sionist rejimə aid xəbər mənbələri bu gün səhər tezdən (bazar ertəsi) Yəməndən işğal olunmuş ərazilərə ballistik raketin atıldığını bildiriblər.
Az.rasthaber.com xəbər verir ki, Yəməndən bu raketin buraxılmasından sonra Tel-Əvivdə sirenlər səsləndi.
Sionist rejim ordusu işğal olunmuş ərazilərdə yaşayan mühacirlər dərhal sığınacaqlara getməyə çağırıb.
Sionist rejimin fövqəladə yardım bölmələri raket hücumunun aşkarlanmasından sonra sığınacaqlara tələsən çoxlu sayda insanın yaralandığını bildirib.
İbranidilli KİV-lər səhvən İranın raketin buraxılması ilə eyni vaxtda yeni raket hücumları dalğasına başladığını yazıblar. Lakin İran hələ də 21-ci raket əməliyyatları dalğasına başlamayıb.