Yəmən Ordusunun sözcüsü Səudiyyə Ərəbistanının Nəcrandakı hərbi qərargahının vurulduğunu açıqlayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ordusunun sözcüsü Yəhya Səri ordunun raket bölüyü “Bədr P-1” balistik raketi ilə Səudiyyə Ərəbistanının Nəcrandakı 19-cu hərbi qərargahının vurulduğunu açıqlayıb.
Yəhya Səri açıqlamasının davamında deyib: “Raket hədəfi çox diqqətli və dəqiq şəkildə vurdu. Bəzi komandirlər də olmaqla onlarla Səudiyyə hərbçisi ölüb və yaralanıb.”
Yəmən Ordusunun sözcüsü bu hücumun bazar ertəsi Səud rejiminin Səadada 5 yəmənli mülki vətəndaş və 12 afrikalı miqrantın ölümünə səbəb olan hücumuna cavab olaraq həyata keçirildiyini bildirib.