Yəmənin Ənsarullah rəsmisi beynəlxalq hava yollarına xəbərdarlıq edib ki, İsrail döyüş təyyarələrinin Yəmənə qarşı zərbələr endirdiyi hava yollarından çəkinsinlər.
Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, Əl-Məsirə-nin məlumatına görə, Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşət cümə günü gecə xəbərdarlıq edərək, beynəlxalq hava şirkətlərini İsrail qırıcılarının Yəmənə qarşı təcavüzlərində istifadə etdiyi hava dəhlizlərindən çəkinməyə çağırıb.
Əl-Məşət İsrailin hava və dəniz əməliyyatlarının əhəmiyyətli təhlükələr yaratdığını vurğulayaraq, Yəmən Silahlı Qüvvələrinin aktiv olduğu bölgələrdə hava və dəniz naviqasiyasının təhlükəsizliyi üçün İsrailin təcavüz üçün istifadə etdiyi marşrutları bütün şirkətlər üçün təhlükəli zonalar olaraq təyin etdiklərini bildirib.
O vurğulayıb ki, Yəmən silahlı qüvvələri mülki hava və dəniz nəqliyyatını təhlükəyə atmadan İsrail döyüş təyyarələri ilə qarşı-qarşıya qalmağa tam qadirdir.
Əl-Məşat beynəlxalq aviaşirkətlərə də birbaşa müraciət edərək deyib: “Öz təhlükəsizliyiniz üçün İsrailin ölkəmizə hücumları üçün istifadə etdiyi marşrutlardan qaçınmalısınız”.
O, qarşıdan gələn xəbərləri vəd edərək, “İnşallah, tezliklə ölkəmizə hücumlarda iştirak edən düşmən sionist təyyarələri haqqında şad xəbərlər eşidəcəksiniz” sözləri ilə çıxışını yekunlaşdırıb.