Yəməndən Amerika və İsrailə XƏBƏRDARLIQ

Yəməndən Amerika və İsrailə XƏBƏRDARLIQ

Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Amerika, sionist rejim və onun havadarlarına xəbərdarlıq edib ki, Yəmənə qarşı hər hansı düşmənçilik hərəkəti ağır nəticələr və bədəllər gətirəcək.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah üzvü Əli əl-Qahum verdiyi açıqlamada deyib:

"Yəmənin Fələstinə dəstək məqsədilə İsrailə qarşı geniş, təsirli və strateji hücum əməliyyatı qələbə çalana və işğalçı rejimin tənəzzülü və süqutuna qədər davam edəcək.

Beynəlxalq gəmiçilik Amerika, İsrail və digər qərb ölkələrinin Bab əl-Məndeb və Qırmızı dənizdəki böyük hərbi mövcudluğu ilə təhdid edilir".

"Amerika, Qərb və İsrailin hərbi mövcudluğu birqütblü sistemi və Qərbin mühüm və strateji beynəlxalq su yolları üzərində hökmranlığını gücləndirir", - Ənsarullah üzvü deyib.

Əli əl-Qahum, "Fələstin məsələsi bir kompasdır və Amerika, Qərb və İsrailin təhdid və xəbərdarlıqları nə qədər böyük olsa da, biz bundan heç vaxt vaz keçməyəcəyik", - deyərək, Fələstin məsələsinin onların öz məsələsi olduğunu bir daha vurğuladı.

Ənsarullah üzvü Amerikanın təhdidlərinə cavab olaraq deyib:

"İsrailə himayə və dəstək verən hər kəs zərbə almalıdır. Fələstinə və Qəzzaya kömək etmək üçün heç bir səyimizi əsirgəməyəcəyik və asanlıq təmin etməyəcəyik".

Əli əl-Qahum vurğulayıb ki, Yəmənin bütün güc və çəkindirici amilləri var ki, bu da ona beynəlxalq bərabərliklərdə mərkəzi və təsirli rol oynamağa imkan verir.

Xəbəri paylaş

VİDEOLAR