Yəmən Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyanın bu ölkədəki mövqelərinə hücumlarını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Milli Azadlıq Hökumətinin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu ifadələr yer alıb: “İşğalçıların hücumları Fələstinə qarşı humanitar borcumuzu yerinə yetirməyimizə mane olmayacaq. Bu hücumların davam etməsi Təhlükəsizlik Şurasının üzərinə düşən vəzifələri yerinə yetirmədiyinin əyani sübutudur.
ABŞ və Böyük Britaniya bu hücumlarla sionistlərin Qəzzada dinc əhaliyə qarşı törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar”.