Yəməndəki Səudiyyə koalisiyanın kaset bombalarının qurbanlarının sayı açıqlanıb

Yəməndəki Səudiyyə koalisiyanın kaset bombalarının qurbanlarının sayı açıqlanıb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təvacüzkar və işğalçı koalisiyanın kaset bombalarının qurbanına çevrilən dinc yəmənlilərin sayı açıqlanıb.

Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, müharibənin başladığı 2015-ci ilin mart ayından 2022-ci ilədək təxminən 3 841 mülki yəmənli bu üsulla qətlə yetirilib və ya yaralanıb.

Dünyasını dəyişənlərin və xəsarət alanların əksəriyyəti qadınlar və uşaqlardır.

Bildirilib ki, bu zaman ərzində Yəmənin 15 əyalətində və 70 regionunda kaset bombalarının 15-dən çox növünün istifad edildiyi aşkar edilib.

Qeyd edək ki, bu, sözügedən koalisiyanın dinc yəmənliləri öldürmək üçün istifadə etdiyi çoxsaylı yollardan yalnız biridir.

Xəbəri paylaş

VİDEOLAR