Yəməndə yüz minlərlə insan Qəzza xalqı ilə həmrəylik nümayişi keçirib

Yəməndə yüz minlərlə insan Qəzza xalqı ilə həmrəylik nümayişi keçirib

Yəməndə yüz minlərlə insan sionist İsrailin hücumları ilə üzləşən Qəzza xalqı ilə həmrəylik nümayişi keçirib.

Az.rasthaber.com xəbər verir ki, yəmənlilər cümə namazından sonra paytaxt Sənanın Sebin küçəsində toplaşaraq, İsrail rejiminin Qəzza və Yəmənə qarşı hava hücumlarına etiraz edərək Fələstinə dəstəklərini ifadə ediblər.

Nümayişdə həmçinin sionist İsrailin Fələstin xalqına qarşı hücumlarını pisləyən bəyannamə oxunub.

Bəyannamədə deyilir: “Fələstin müqavimətinin artan hərəkətlərini və Yəmən silahlı qüvvələrinin düşmən sərhədlərinin dərinliklərində uğurlu əməliyyatlarını təbrik edirik”.

Xəbəri paylaş

VİDEOLAR