Yəməndə Səudiyyənin casus PUA-sı vurulub

Yəməndə Səudiyyənin casus PUA-sı vurulub

Yəmən silahlı qüvvələrinin sözçüsü bir silahlı səud casusluq pilotsuzunun Yəmənin Həccə əyalətinin üzərində vurulduğunu bildirib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Yəhya Səri bir tvittdə yazıb: Ərəbistan aviasiya qüvvələrinə məxsus «CH-4» tipli bir casusluq pilotsuzu bu gün Yəmənin Həccə əyalətinin Hirz rayonunun üzərində vurulub.

Səri əlavə edib: Bu pilotsuzun vurulması təcavüzkar əməliyyat zamanı baş verib. PUA, Yəmən istehsalı olan yer-hava tipli bir raketlə vurulub.

Belə bir halda, Yəmən milli qurtuluş hökumətinin hava hücumundan müdafiə sistemləri elə bu tipdən olan başqa bir PUA-nı fevral ayında Yəmənin Həccə əyalətinin üzərində vurmuşdular.

 

Xəbəri paylaş

VİDEOLAR