7.04.2023 14:42:59
Yəmən Milli Qurtuluş Hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdülhalik əl-Acrinin verdiyi yazılı açıqlamada, paytaxt Sənada sərnişin avtobusuna bombalı hücum təşkil edilib.
Az.rasthaber.com xəbər verir ki, açıqlamada bildirilib:
"Hərəkətə hazırlaşan İŞİD terror təşkilatına bağlı iki ünsürlə bağlı bildirişin ardından fiziki təqib həyata keçirilib.
Sözügedən şəxslər təqib olunduğunu anlayanda sərnişin avtobusuna sığınaraq özlərini partladıblar.
Partlayış nəticəsində iki hücumçu həlak olub, iki mülki şəxs isə həyatını itirib”.