“Yəməndə sabitlik və təhlükəsizlik yaranmasa regionda da təhlükəsizlik olmayacaq.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Ənsarulla hərəkatını sülh danışıqlarında təmsil edən Məhəmməd Əbdüssalam tvitter səhifəsində yazıb.
Baydenin İsrail və Səudiyyə Ərəbistanına səfərinə, habelə burada bəzi hərbi razılaşmaların olmasına münasibət bildirən M.Əbdüssalam qeyd edib ki, Yəməndə təhlükəsizlik olmasa regionda da olmayacaq.
Həmçinin Ənsarulla hərəkatının Siyasi ofisi verdiyi açıqlamada bu səfərin yerli xalqların azadlıq, müstəqillik və sabitlik hüquqlarının hədəf alınması və müsadirə edilməsi kontekstində olduğunu bəyan edib.
Səudiyyə Ərəbistanı ilə İsrail arasında hava məkanından istifadə ilə bağlı razılaşmanı tənqid edən bəyanatda qeyd edilib ki, “işğalçı sionist rejimi ilə sövdələşmə ona təhlükəsizlik gətirməyəcək”.
Həmçinin bildirilib ki, “Sionist rejimi ilə münasibətləri normallaşdrma addımı bəzi ərəb hakimiyyətlərin özünü alçaltmasını göstərir.”