Yəməndə məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Yəməndə məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Yəmənin şərqindəki Hadramaut əyalətində məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, hücum edən şəxs Vadi Haul kəndindəki məsciddə cümə namazı qılınan zaman əl qumbarası atıb.

Qeyd edilib ki, təhlükəsizlik orqanları həmin şəxsi saxlayıb.

Xəbəri paylaş

VİDEOLAR