Yəməndə məscidə girib namaz qılanları güllələdi

Yəməndə məscidə girib namaz qılanları güllələdi

Cinayətkar hücumdam sonra yaranmış vəlvələdən istifadə edərək qaçıb.

Rasthaber Azərbaycan xəbər verir ki,  Yəmənin cənubunda yerləşən Əbyan əyalətindəki Lürd məscidində ibadət edən insanlar naməlum şəxs tərəfindən atəşə tutulub.

“5 nəfər həyatını itirib və 11 nəfər isə yaralanıb, bəziləri ağır yaralıdır. Hadisə günorta namazı vaxtı baş verib”, - qeyd edilir.

Məlumata görə, qətlə yetirilənlər arasında məscid imamı və qatilin öz atası da var. Caninin psixi xəstə olduğu ehtimal edilir.

Cinayətkar hücumdam sonra yaranmış vəlvələdən istifadə edərək qaçıb.

Xəbəri paylaş

VİDEOLAR