Yəməndə "Əsrin sazişi"nə etiraz olaraq milyonlar küçələrə çıxdı
Rasthaber Azərbaycan xəbər verir ki, Yəməndə vətəndaşlar milyonluq mitinqdə Fələstin xalqını dəstəkləyiblər. Onlar Fələstinin dəstəklənməsini tələb ediblər.
Mitinqin bəyanatında “Fələstin xalqı, sionist düşmənin işğalı nəticəsində ən ağır zülmlərə məruz qaldı.”, -deyə qeyd olunub.
Yəmənlilər bu gün dünyaya başda Fələstin məsələsi olmaqla ümmətin məsələlərini müdafiə edən olduqlarını böyük mitinqlə sübut etdilər.
Bəyanatda “Əsrin sazişi” sərt şəkildə qınanaraq, bütün müsəlmanların bu məsələdə vəhdət etmələri istənilib.
Yəmənlilər həmçinin İsrailin sionist rejiminə də xəbərdarlıq ediblər.