Yəməndə koronavirusun yayılmasında ABŞ və Səud rejimi günahkardır

Yəməndə koronavirusun yayılmasında ABŞ və Səud rejimi günahkardır

Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əl Husi deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə,  Yəmən Ali İnqilab Komitəsinin sədri  Muhəmməd Əli Əl Husi bildirib ki, koronavirus Amerika və Səudiyyə Ərəbistanın işğalı altında olan bölgələrdən Yəmənin digər bölgələrinə yayılıb. O, qeyd edib ki, hal-hazırda 20 milyon yəmənli təcili yardımlara ehtiyac duyur.

Əl Husi Yəməndə dərman və tibbi ləvazimatlar çatışmazlığına işarə edib. Yəmənli rəsmi Yəmən xalqına qarşı mühasirənin mütləq bu ölkədə faciənin yayılması ilə nəticələnəcəyini deyib.

Səud koalisiyasının Yəmənə qarşı müharibəsinin acınacaqlı nəticələrinin kənarında bu ökədə koronavirus pandemiyası Yəmənin ən böyük probleminə çevrilib. 

Xəbəri paylaş

VİDEOLAR