Yəmən Ordusunun sözcüsü general Yəhya Səri bu haqda bu gün deyib
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ordusunun sözcüsü general Yəhya Səri Səudiyyə Ərəbistanının dərinliklərində raketli və PUA əməliyyatı həyata keçiridklərini bildirərək, Cuf vilayətinin tamamilə işğaldan azad edildiyini açıqlayıb.
Yəmən Ordusunun sözcüsü bu gün keçirdiyi mətbuat konfransında, Səudiyyə düşmənin onlarla kiralıq muzdlusunu Cuf cəbhəsinə göndərib, 250-dən çox hava hücumu həyata keçirməsinə baxmayaraq Yəmən Hava Qüvvələrinin cavab verdiyini bildirib.
Yəmən PUA birliyinin Nekal, Qasim, Bədr raketləri ilə 54 əməliyyat həyata keçirdiklərini önə çəkən general Səri, bu əməliyyatların Səudiyyəyə böyük can və mal itkisi yaşatdığını qeyd edib.
Yəmən Ordusunun sözcüsü həmçinin, Yəmən HMS-nin Səudiyyə qırıcılara qarşı cavab hücumunda, bir qırıcını vurduğunu da açıqlayıb.