Yəməndə bəzi bölgələr könüllü xalq güclərinin əlinə keçib

Yəməndə bəzi bölgələr könüllü xalq güclərinin əlinə keçib

Yəmən könüllü gücləri Maribdəki al-Cofra və al-Batan bölgələrini azad edib

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Milli Qurtuluş Ordusu ölkənin mərkəzində Mansur Hadi hökümət güclərilə baş vermiş silahlı toqquşmalarda, Marib şəhərinin 2 bölgəsinin nəzarətini ələ keçirib.

Bölgədən olan mənbə, çərşənbə günü Livandan yayım edən al-Mayadin telekanalına verdiyi müsahibədə, Yəmən könüllü xalq ordusu Maribdəki al-Cofra və al-Batan bölgələrinə əlavə olaraq, Muczər şəhərindəki Halhalan bölgəsinin bir qismini Mansur Hadi güclərindən geri aldığını bildirib.

 Bu mənbənin dediyinə görə, azad olunmuş bölgələrdəki silahlı toqquşmalarda fərari hökümətə aid muzdlular öldürülüb ya da yaralanıb. Al-Cəzirə xəbər agentliyi isə Maribə bağlı Məczər bölgəsindəki toqquşmaların şiddətləndiyini və davam etdiyini bildirib.

Cənubi Yəməndə isə istefa verən Hadi höküməti ilə Cənubi Yəmən Müvəqqəti Şurası olaraq bilinən BƏƏ dəstəkli silahlı qruplar arasında baş verən toqquşmalarda, bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

 

 

Xəbəri paylaş

VİDEOLAR