Yəməndə ABŞ və İsrail əleyhinə etiraz aksiyası keçirilib

Yəməndə ABŞ və İsrail əleyhinə etiraz aksiyası keçirilib

Yəməndə ABŞ, İngiltərə və sionist İsrailə etiraz olaraq geniş iştiraklı nümayişlər keçirilib.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin əl-Məsirə televiziyasının məlumatına görə, ABŞ, İngiltərə və sionist İsrailə etiraz olaraq ölkənin paytaxtı Səna və digər şəhərlərdə geniş iştiraklı nümayişlər keçirilib.

Yəmən xalqı cümə namazından sonra ABŞ və İsrailin Yəmənə qarşı son hava zərbələrinə etiraz edib.

Nümayişlər zamanı sionist rejimin Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi soyqırımı etiraz edilib.

İşğal altında olan İsrail ötən gecə paytaxt Səna və Qırmızı dəniz sahilindəki Hudeydə şəhərinə hava zərbələri endirib.

Yəmən Səhiyyə Nazirliyinin məlumatına görə, düşmən İsrailin Səna Beynəlxalq Hava Limanı və Hudeydəyə təşkil etdiyi hücumlar nəticəsində 6 nəfər şəhid olub, 40 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR