Yəmən xalqından Fələstinə dəstək: Əsla güzəştə getməyəcəyik

Yəmən xalqından Fələstinə dəstək: Əsla güzəştə getməyəcəyik

Yəmən xalqı Fələstin xalqına dəstək məqsədilə Aşura günü və paytaxt Sənada və bir sıra şəhərlərdə yürüşlər keçirib.

Az.rasthaber.com xəbər verir ki, Yəmən xalqı Aşura əzadarlıq mərasimlərində iştirak etdikdən sonra yaydıqları bəyanatda, Səudiyyə Ərəbistanının bu ölkədəki qətliamları ilə mübarizəyə hazır olduqlarını və Fələstin xalqının sionist rejimin hücumlarına cavab vermək hüququna malik olduğunu vurğulayıb.

Bəyanatda Yəmən xalqı İslam ümməti ilə həmrəy olduqlarını bildirərək, bu mövzuda dini və qəti məsuliyyətlərdən xəbərdar olduqlarını, sionist rejimin Qəzzəyə hücumunu və hər cür barışığa əsaslanan münasibətləri pislədiklərini bildiriblər.

Yəmən xalqı həmçinin sionist rejimin təhdidləri ilə mübarizədə Livan xalqı və Hizbullah hərəkatını dəstəklədiklərini bəyan edərək, onların təcavüzkar düşmənə münasibətinin müqəddəs cihad, şəriət, insani və milli vəzifə olduğunu bəyan ediblər.

Yəmən xalqının Aşura bəyanatında bildirilib:

"Problemlər nə qədər olsa da, sionist rejimlə mübarizədə heç bir işdən qaçmayacağıq. İmam Hüseynlə (ə) olan əhdimizi bir daha vurğulayır və son qələbəyə qədər dövrün yezidləri, Amerika və sionist rejimlə mübarizəni davam etdirəcəyimizi bildiririk".

Xəbəri paylaş

VİDEOLAR