Yəmən Səudiyyənin Riyaddakı obyektlərini vurdu - VİDEO

Yəmən Səudiyyənin Riyaddakı obyektlərini vurdu - VİDEO

Bu barədə “Ənsarullah” hərəkatının rəsmisi Yəhya Səri məlumat verib.

Rasthaber Azərbaycan “Al Masirah”-a istinadən xəbər verir ki, Yəmən ordusu Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı mühüm hədəfə silsilə zərbələr endirib.

Bu barədə “Ənsarullah” hərəkatının rəsmisi Yəhya Səri  məlumat verib.

“PUA və raket qüvvələrinin hərbi hava qüvvələri (HHQ) birgə əməliyyat keçirib”, – deyə o bildirib.

Rəsmi qeyd edib ki, əməliyyat zamanı ballistik raketlər, 4 ədəd “Səməd” adlı yeni növ və 3 digər PUA-dan istifadə edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və onun başçılıq hərbi koalisiya artıq bir neçə ildir ki, Yəmən və onun xalqına qarşı təcavüza siyasəti yürüdür. Koalisiya tərəfindən indiyədək aqressiyalar zamanı onminlərlə günahsız insan qətlə yetirilib və yaralanıb, həyati əhəmiyyətli infrastrukturlar məhv edilib və ölkə blokada şəraitində saxlanılır.

Xəbəri paylaş

VİDEOLAR