29.01.2020 22:04:40
Yəmən Ordusu və Ənsarullah gücləri Səudiyyəyə sarsıdıcı zərbə vurduğunu açıqlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ordusu Səudiyyə Ərəbistanının strateji nöqtələrinə qarşı intensiv əməliyyata başlayıb.
"Al Masirah"ın xəbərinə görə, Yəmən Ordusunun sözcüsü Yəhya Səri bu haqda açıqlama verib.
Açıqlamaya görə, Səud rejiminin Cizandakı Aramco neft bazası, Abha Hava Limanı, Səudiyyə Ərəbistanındakı Khamis Msheit hərbi bazası və bir çox yeri hədəf alıb.
Ordu sözcüsü "Güclərimiz düşməni yox etmək üçün Marib şəhərinin qərbinə çatdı. Marib və Al Jovgun bəzi bölgələri azad olunub. Ordumuz irəliləməyə davam edir.
Əməliyyat zamanı minlərlə düşmən hərbçisi öldürülüb və yaralanıb. Ordumuz bütün Yəməni azad etmək və suverenliyini bərpa etmək üçün addımlarını davam edir.", -deyə bildirib.