Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Əl Uzzi Racih bildirib ki, Səudiyyə Ərəbistanı və ya digər ölkələrin Amerika düşməninə kömək məqsədilə hər hansı müdaxiləsi Yəmən tərəfindən sərt zərbələrlə qarşılanacaq.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Əl Uzzi Racih Səudiyyə Ərəbistanının Yəmən xalqını mühasirəyə almaq məqsədi ilə Amerika hərbi gəmilərinin yerləşdirilməsi üçün milyardlarla dollar ödədiyini vurğulayıb.
Əl-Uzzi Racih bildirib ki, Amerika, sionist və ingilis düşmənləri pis vəziyyətdə olduğu bir vaxtda Səudiyyə Ərəbistanı Yəməni mühasirəyə almaq üçün bütün səylərini göstərir.
Racih həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı və ya digər ölkələrin Amerikanın düşməninə kömək etmək üçün istənilən müdaxiləsi Yəməndən sərt zərbələrlə qarşılanacaq.