Yəmən silahlı qüvvələri işğal olunmuş ərazilərdə sionist düşmənin iki mühüm hədəfinə hücum etdiklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Tesnim Xəbər Agentliyinin Fələstin İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələri bu gün axşam saatlarında verdiyi açıqlamada, Yaffada əhəmiyyətli bir hədəfə və işğal altındakı Fələstinin cənubundakı Aşkelon sənaye bölgəsindəki bir hədəfə pilotsuz təyyarə ilə hücum etdiyini və hər iki əməliyyatın tamamilə müvəffəqiyyətlə keçdiyini vurğulayıb.
Bəyanatda bu əməliyyatların Fələstin xalqına və onun mücahidlərinə dəstək və sionist düşmənin Qəzza xalqına qarşı törətdiyi cinayətlərə cavab tədbirləri çərçivəsində həyata keçirildiyi bildirilib.
Açıqlamada bu əməliyyatların Yəmən silahlı qüvvələrinin pilotsuz uçuş aparatları tərəfindən həyata keçirildiyi bildirilib.