Yəmən Səhiyyə Nazirliyindən İsrailin hücumları ilə bağlı açıqlama

Yəmən Səhiyyə Nazirliyindən İsrailin hücumları ilə bağlı açıqlama

Yəmənin Səhiyyə Nazirliyi sionist İsrailin ölkənin qərbindəki Səna və Hudeydə şəhərlərinə həyata keçirdiyi hücumlarda şəhid olanların sayının 6-ya yüksəldiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, SABA xəbər agentliyinin məlumatına görə, Yəmən Səhiyyə Nazirliyinin bəyanatında bildirilib:

“Sionistlərin Səna Beynəlxalq Hava Limanına hücumu nəticəsində 3 nəfər şəhid olub, 30 nəfər yaralanıb. Sionistlərin Hudeydə vilayətinə hücumu nəticəsində 3 nəfər şəhid olub, 10 nəfər yaralanıb.”.

Bundan əvvəl Səna və Hudeydə mənbələri bildirmişdilər ki, qatil İsrail qırıcıları Sənanın şimalındakı Əl-Dələimi hava bazası və beynəlxalq hava limanına, Hudeydanın şimal və cənubundakı elektrik stansiyalarına hücum edib. Bir sıra limanların, xüsusilə Hudeydadakı Ras-İssa neft limanının zədələndiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR