Yəmən ordusundan İsrailə qarşı yeni əməliyyat

Yəmən ordusundan İsrailə qarşı yeni əməliyyat

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri bildirib ki, sionist rejimin həssas nöqtələri pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınıb.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri sionist rejimin həssas nöqtələrinin pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığını açıqlayıb.

Səri bildirib ki, əməliyyat nəticəsində hədəf alınan bazalarda və hava limanlarında hərəkət bir neçə saat dayanıb.

Əməliyyatın Fələstin xalqına dəstək məqsədilə və Yəmən xalqı və İslam ümmətinin çağırışları istiqamətində həyata keçirildiyini bildirən Seri, sionist İsrailin hücumları dayanana qədər hərbi əməliyyatların davam edəcəyini vurğulayıb.

Yəmən ordusu daha əvvəl işğal olunmuş ərazilərə PUA-ları buraxdıqlarını açıqlamışdı.

İşğalçı İsrail ordusu hələ də Yəmənin bəyanatına cavab almayıb.

Xəbəri paylaş

VİDEOLAR