Ordu sözcüsünün sözlərinə görə, əməliyyat əsas hərbi və iqtisadi nöqtələrə qarşı təşkil olunub.
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ordusunun sözcüsü general Yəhya Səri, Səudiyyənin Yəmənə qarşı təcavüzündən bu günə qədər, Səudiyyənin dərinliklərində ən böyük əməliyyata star verdiyini bildirib.
Onun sözlərinə görə, əməliyyat əsas hərbi və iqtisadi nöqtələrə qarşı təşkil olunub.
“Səudiyyənin dərinliklərində ən böyük vahid hərbi əməliyyat keçirdik. Bədr raketi və Qasif K2 PUA ilə Cizan, Nəcran və Əsirdəki iqtisadi və hərbi hədəfləri vurduq.”, -deyə general Səri qeyd edib.
Yəhya Səri, Riyadda həssas hədəfləri “Zülfüqar” və “Samad 3” raketləri ilə silsilə hücuma da məruz qadlığını bildirib.
Yəmən Ordusunun sözcüsü, Səud rejiminin Yəmənin mühasirə və embarqoya davam edəcəyi təqdirdə daha ağır zərbələrlə qarşı qarşıya qalacağını da önə çəkib.
Səri yaxın günlərdə əməliyyatın təfərrüatlarını açıqlayacağını deyib.