Yəmən Ordusu Səudiyyə qırıcılarını qaçmağa məcbur etdi - yaxınlaşa bilmirlər...

Yəmən Ordusu Səudiyyə qırıcılarını qaçmağa məcbur etdi - yaxınlaşa bilmirlər...

Yəmənin hava hücumundan müdafiə qüvvələri Marəb vilayətinin hava məkanında təcavüzkar səud koalisiyasının qırıcılarını qaçmağa məcbur edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əl Səri bildirib ki, bu ölkənin hava hücumundan müdafiə qüvvələri Marəb vilayətinin Sərvah şəhərinin səmasında bir neçə təcavüzkar səud qırıcısı ilə mübarizə apararaq, hər cür düşmənçilik hərəkəti etməzdən öncə onları qaçmağa məcbur etməyi bacarıblar.

Əl Səri sonra vurğulayıb ki, Yəmənin silahlı qüvvələri bu ölkə səmasının təcavüzkarların hər cür hərəkətlərindən tam şəkildə toxunulmaz olacağı zamanadək düşmənlə mübarizəni davam etdirəcəklər.

Son bir həftədə beşinci dəfədir ki, Yəmənin hava hücumundan müdafiə qüvvələri təcavüzkar səud koalisiyasının qırıcılarını izləyərək, onların Yəmən səmasında geri addım atmağa məcbur edirlər.

Xəbəri paylaş

VİDEOLAR