Yəmən Ordusu Səudiyyə koalisiyasının qırıcısını vurdu

Yəmən Ordusu Səudiyyə koalisiyasının qırıcısını vurdu

Səudiyyənin qırıcısı hücum edən zaman vurulub

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən ordusunun Hava Müdafiə sisteminin zenit-raket bölməsi Səudiyyənin qırıcısını vurub.

Almasirah telekanalı bu haqda məlumat yayıb.

Silahlı Qüvvələrin sözcüsü Yəhya Səri, Ordunun Yəmənin şimalında Covf vilayətində Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya güclərinə aid Tornado qırıcısını vurduğunu bildirib.

Səri bu qırıcının Covf vilayətində hava hücumu həyata keçirdiyini, Hava Müdafiə sisteminin zenit-raket bölməsinin atəşi ilə vurulduğunu əlavə edib.

"Yəmən hava sahəsi əyləncə məkanı deyil, düşmənin bu barədə min dəfə düşünməsi lazımdır.", -deyə Silahlı Qüvvələrin sözcüsü Yəhya Səri qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR