Yəmən ordusu sionist İsraili PUA-larla hədəfə alıb

Yəmən ordusu sionist İsraili PUA-larla hədəfə alıb

Yəmən ordusu sionist İsrail hədəflərinə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə əməliyyatlar həyata keçirdiklərini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb KİV-lərinin məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri bildirib ki, onlar pilotsuz uçuş aparatları (PUA) ilə sionist İsrail hədəflərinə qarşı əməliyyat keçiriblər.

Yəhya Seri sionistlərə xəbərdarlıq edərək vurğulayıb ki, Yəmən qüvvələri İsrailin Qəzzaya təcavüzü bitənə qədər xüsusi əməliyyatları davam etdirəcək.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bundan əvvəl xəbərdarlıq etmişdi ki, sionist İsrailin bütün gəmiləri və ya bu rejimlə əməkdaşlıq edən gəmilər Yəmən Silahlı Qüvvələrinin qanuni hədəfi olacaq.

Sionist İsrail rejiminin Qəzzəyə hücumları intensivləşdikdən sonra Yəməndən gələn sionist hədəflərə qarşı çoxlu raket və PUA əməliyyatları həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR