Yəmən ordusu səudiyyənin cinayətlərinin şiddətlənməsinə və Yəmənin mühasirəsinə cavab olaraq bir daha Ərəbistanın paytaxtı Ərriyadda yerləşən Kral Xalid hava limanını hədəfə alıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu hücumdan sonra Ərəbistan hava yolları şirkəti bir bəyanat yayıb və hava limanının uçuşlarında yaranmış təxirə görə üzr istəyib.
Hava hərəkətinə nəzarət mərkəzlərinin görüntüləri də uçuş yollarında xələlin yaranmasından və təyyarələrin Ərəbistan səmasında çaşqın vəziyyətində qalmalarından söz açır.
Təcavüzkar səud təyyarələri özlərinin ən son hücumlarında bu günün səhər saatlarında beş dəfə Yəmənin paytaxtı Səna şəhərini hədəfə alıb.
Bu hücumlarda Nəhdəyn bölgəsi və Əlnəhzə məhəlləsi hücum hədəflərinə çevrilib.
Düşmən təyyarələri həmçinin Həccəh vilayətinin Əbəs rayonunun Bəni-Həssən bölgəsini şiddətlə bombalayıb.
Səud koalisiyasının Yəmənə qarşı savaşı gələn cümə günü yeddinci ilə daxil olacaq.