Yəmən ordusu İsrailə aid gəmini hədəfə alıb

Yəmən ordusu İsrailə aid gəmini hədəfə alıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Qırmızı dənizdə ticarət gəmisini raketlərlə hədəfə aldıqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Qırmızı dənizdə MSC UNITED ticarət gəmisini raketlərlə hədəfə aldıqlarını açıqlayıb.

Yahya Seri gəminin ekipajın xəbərdarlıq atəşinə məhəl qoymamasından sonra hədəf alındığını bildirib.

Seri, İsrail gəmilərinə və ya işğal altındakı Fələstin limanlarına gedən gəmilərə qarşı Qırmızı dənizdə fəaliyyətlərini davam etdirdiklərini və Qəzza zolağının ehtiyac duyduğu qida və dərmanı təmin etmək üçün bu əməliyyatları davam etdirəcəklərini vurğulayıb.

Sionist rejim Qəzza hücumlarına görə "fələstinlilərlə həmrəylik" məqsədilə Qırmızı dənizdə üzən və İsraillə əlaqəsi olan gəmilərə qarşı hücumlar həyata keçirir.

Xəbəri paylaş

VİDEOLAR