Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Qırmızı dənizdə sionist İsrailə bağlı Maersk şirkətinin gəmisini PUA ilə vurduqlarını təsdiqləyib.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Qırmızı dənizdə sionist İsrailə bağlı Maersk şirkətinin gəmisini PUA ilə vurduqlarını açıqlayıb.
Yəhya Səri, sözügedən gəminin dayanma xəbərdarlığına əməl etmədiyini bildirib.
Yəmən Silahlı Qüvvələri İsrailə doğru hərəkət edən Maersik Gebrelater konteyner gəmisini pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alaraq birbaşa zərbə endirən hərbi əməliyyat həyata keçirib.
Yəmən rəsmisi deyib:
"Hədəf əməliyyatı gəminin heyətinin Yəmən Hərbi Dəniz Qüvvələrinin zənglərinə cavab verməkdən imtina etməsindən sonra həyata keçirilib. Biz son 24 saat ərzində bir çox ticarət gəmisinin İsrailə getməsinin qarşısını aldıq. Xəbərdarlığımıza qulaq asmayanları pilotsuz uçan aparatla hədəfə aldıq və onları geri çevirdik".
Bundan əvvəl Yəhya Səri xəbərdarlıq etmişdi ki, sionist İsrailin bütün gəmiləri və ya bu rejimlə əməkdaşlıq edən gəmilər Yəmən Silahlı Qüvvələrinin qanuni hədəfi olacaq.