Yəmən Ordusu irəliləyir - son durum...

Yəmən Ordusu irəliləyir - son durum...

Yəmən ordusu və Ənsarullah Əl-Həzm şəhərinin şərq səhrasında irəliləyir.

Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) qüvvələrinin Əl-Cəvfdə Səudiyyə rejiminin koalisiyasının mövqelərini dağılmasından sonra Ənsarullah Əl-Həzm şəhərinin şərq səhrasında irəliləyir.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, bu gün (2 mart) bəzi mətbuat Səudiyyə rejiminin koalisiyasının Əl-Həzm geri götürdüyünü bildirsə də, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii koalisiya mediasının saxta xəbərlər çatdırdığını elan edib.

Ən son xəbərə görə, Ənsarullah Əl-Cərr və ətraf kəndləri azad etdikdən sonra, Əl-Cəvfin şərq səhralarına hücum edib və Əl-Həzmin bütün şimal şərq yüksəkliklərini təmizləməyə müvəffəq olub, o cümlədən Əl-Zavira, Ravah, Əl-Cəmrah və Əl-Lövz dağları və Əl-Seel, Vadi Raaq və Əl-Nadar bölgələri azad olunub. İndi qarşıdurmalar Əl-Labnah bölgəsində və Labnah bölgəsindəki Səudiyyə rejiminin koalisiyasının hərbi bazasında davam edir.

Beləliklə, qeyd etmək lazımdır ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Səriinin bəyanatının təxirə salınmasının səbəbi Əl-Həzmin əldən getməsi deyil, əslində bu irəliləyişlərin davam etməsinə görədir.

Digər tərəfdən, Şeyx Amin Əl-Akimi (xain Mansur Hadi hökuməti tərəfindən təyin olunmuş qubernator) Əl-Cərrdə məğlub olduqdan və dünən (2 mart) axşam Ənsarllahdan xilas olması üçün məktub aldıqdan sonra Məaribə qaçıb.

Bu arada, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin koalisiyasına aid döyüş təyyarələrini Əl-Cəvf vilayətinin hava məkanını tərk etməyə məcbur etdiklərini açıqlayıb.

Sərii Tvitter üzərindən verdiyi açıqlamasında bunları deyib: “Yəmən hava hücumundan müdafiə qüvvələri Səudiyyə rejiminin koalisiyasına aid bir neçə döyüş təyyarəsinin Əl-Cəvf vilayətinin hava məkanına girmək səyini uğursuz etdi”.

O, qurudan havaya “Fatir” raketləriylə düşmənə məxsus döyüş təyyarələrinə mane olduqlarını bildirib.

Xəbəri paylaş

VİDEOLAR