Yəmən Ordusu: Cizanda işğalçılara aid 6-cı casus PUA-sı vuruldu

Yəmən Ordusu: Cizanda işğalçılara aid 6-cı casus PUA-sı vuruldu

Yəmən Ordusu Saudiyyəyə bağlı daha bir casus PUA-sının vurulduğunu açıqlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ordusu Saudiyyə koalisiyasına aid daha bir casus PUA-sının vurulduğunu açıqlayıb.
Məlumata görə, bu uğurlu əməliyyat ilə dekabr ayında Səudiyyə lidelriyindəki koalisiyaya aid 6-cı casus PUA-sı düşürülmüş oldu.
Yəmən Silahlı Qüvvələrinin sözcüsü Yəhya Səri əməliyyatla bağlı deyib: "Yəmən hava müdafiəsi Cizan bölgəsində olan Cəbəll əl Ambisinin şərqində işğalçılara aid casus təyyarəsini düşürməyi bacardı. Yəmən Ordusu, Yəmən hava sahəsini dəstəkləmək üçün müdafiə gücünü inkişaf etdirməyə davam etməkdəyiz."
Qeyd edək ki, Yəmən Ordusu çərşənbə günü də Səud rejiminə aid bir casus PUA-sı vurmuşdu.

Xəbəri paylaş

VİDEOLAR