Yəmən ordusu Səudiyyə Ərəbistanının üçüncü işğalçı pilotsuz təyyarəsinin Yəmənin şimal-qərbində vurulduğunu açıqlayıb.
Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərii, Twitter hesabından verdiyi açıqlamada, Yəmən ordusunun Nəcran sərhəd bölgəsində Səudiyyə Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarəni aşkar edərək vurduğunu bildirib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, gələcəkdə pilotsuz təyyarənin əməliyyatı və təfərrüatları ilə bağlı görüntülər yayımlayacaq.
Qeyd edək ki, bu, bir həftə ərzində Yəmən ordusu tərəfindən məhv edilən üçüncü Səudiyyə PUA-sıdır.