Ənsarullah Eylat limanına gedən "Eternity C" gəmisini batırıb

Ənsarullah Eylat limanına gedən

Yəmənin Ənsarullah Hərəkatı Qırmızı dənizdə sionist İsrailə gedən ticarət gəmilərinə hücumlarını davam etdirir. Ənsarullah İsrailin nəzarətindəki Eylat limanına gedərkən hədəf aldıqları Eternity C gəmisinin tamamilə batdığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Liberiya bayrağı altında üzən Eternity C gəmisinin Ənsarullahın hücumundan sonra batdığı bildirilir.

Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Seri video şərhində bildirib: "İşğal altındakı Fələstinin Umm ər-Rəşra (Eilat) limanına doğru hərəkət edən "Eterity C" gəmisi pilotsuz qayıq və ballistik raketlə hədəfə alınıb".

Seri gəminin tamamilə batdığını, gəmi heyətinin bir qisminin isə tibbi yardım göstərildikdən sonra xilas edilərək təhlükəsiz yerə aparıldığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR