16.07.2021 12:29:19
Yəmən ordusunun sözcüsü Bəyza əyalətində keçirdikləri əməliyyatın təfərrüatlarını açıqlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən ordusunun sözcüsü Yəhya Səri Bəyza əyalətində keçirdikləri əməliyyatın təfərrüatlarını açıqlayıb.
General Səri bildirib ki, Bəyza əyalətində keçirilən ordu və könüllü xalq güclərinin birgə səyi nəticəsində əməliyyatda 350 terrorçu və təkfirçi məhv edilib.
Suriya ordusunun sözcüsü qeyd edib ki, hücumlar zamanı 560 müzdlu, təkfirçi və terrorçu yaralanıb.
"Çərşənbə axşamı keçirilən əməliyyatda 350 terrorçu və təkfirçi öldürüldü, 560-ı yaralandı. Suməə və əl-Zaher bölgələri terrorçulardan təmizləndi. Düşmənin 29 zirehli texnikası və hərbi avtomobilləri yox edildi.", -deyə Səri əlavə edib.
Suriya ordusunun rəsmisi PUA rotasının da 66 əməliyyat keçirdiyini və 9 döyüş zamanı Bədr və Sair raketlərindən istifadə edildiyini önə çəkib.