Hal hazırda bu istiqamətlərdə əməliyyatlar davam edir
Rastahber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Yəmən ordusu və Ubəydə qəbilələrinin dəstəklədiyi xalq komitələri, bir neçə gündür Səudiyyə rejimi-BƏƏ təcavüzkar koalisiyasının əməliyyat otaqlarına raket zərbələri endirərək, strateji Məarib şəhərinə doğru son irəliləyişləri davam etdirirlər.
Livanın Əl-Əxbar qəzeti, Yəmən ordusunun son günlərdə Məaribin qərbində yaxşı irəlilədiyini və Rağvan bölgəsi ətrafındakı Umm Əl-Hana bölgəsini azad etməyi bacardığını bildirib. Qüvvələr Yəmənin istefa verərək qaçmış eks-prezidenti Əbdür Rabbu Mənsur Hadinin qüvvələri ilə toqquşmalardan sonra, Məaribin şimal-qərbindəki Əl-Fatixə və Əl-Acuz bölgələrini azad edə biliblər.
Qəzetin yazdığına görə, bu irəliləyiş orduya və xalq komitələrinə Rağvandakı Əsəd bazasını mühasirəyə almağa, Məarib və Əl-Cəvf vilayətləri arasındakı Səudiyyə rejiminin koalisiyasının qərargahına yaxınlaşmağa imkan verəcək.
Bu hücumlarla paralel olaraq, Yəmən qüvvələri Tadavin düşərgəsindəki Səudiyyə rejiminin koalisiyası əməliyyat otağına ballistik raket zərbələri endirmişdi. Hücumlar zamanı 15 səudiyyəli komandir və əsgəri öldürülmüş və yaralanmışdı.