Yəmən Ənsarullahı koronavirusa görə 1670 nəfər əsiri azad etdi

Yəmən Ənsarullahı koronavirusa görə 1670 nəfər əsiri azad etdi

Yəməndə koronavirus virusunun olması ilə bağlı rəsmi məlumat yoxdur.

Rasthaber Azərbaycan xəbər verir ki, koronavirus pandemiyası səbəbilə əsir tutulan 1670 nəfər Ənsarullah Hərəkatı tərəfindən azad olunub.

Yəmənin Ənsarullah Hərəkatının “Əsirlər Komitəsi”nin sədri Abdulqadir əl-Mürtəza açıqlamasında “Bir tərəfli humanitar bir cəhdlə bu gün Səudiyyə işğalçıları ilə işbirliyində olan fərari Mansur Hadi höküməti tərəfinə mənsub xəstə, yaralı və yaşlı 70 məhkumu azad etdik”, -deyə bildirib.

“Əsirlər Komitəsi”nin sədri azad olunan əsirlərin Mansur Hadi hökümətinin nəzarətində olan bölgələrin yerli idarəetmə təmsilçilərinə təslim edildiyini qeyd edib.

Bu 70 nəfərlə birlikdə Ənsarullah 1670 nəfər əsiri azad etmiş olur.

Yəməndə koronavirus virusunun olması ilə bağlı rəsmi məlumat yoxdur.

Xəbəri paylaş

VİDEOLAR