Yəmən Ənsarullah Hərəkatı: Məribdəki hücumü biz həyata keçirməmişik

Yəmən Ənsarullah Hərəkatı: Məribdəki hücumü biz həyata keçirməmişik

Yəmən “Ənsarullah” hərəkatının siyasi şurasının üzvü Məhəmməd al-Bahiti bu haqda danışıb

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən “Ənsarullah” hərəkatı Yəmənin istefa edən Abdurrabbu Mansur Hadiyə bağlı güclərin Məribdəki hərbi düşərgəsinə həyata keçirilən hücumun məsuliyyətini üzərinə götürməyib.

Qətərin “Al Jazeera” telekanalına danışan Yəmən “Ənsarullah” hərəkatının siyasi şurasının üzvü Məhəmməd al-Bahiti “Məribdəki hücumun məsuliyyətini üzərimizə götürmürük və əgər biz etmiş olsaydıq, açıq aşkar elan edərdik.”, -deyə bildirib.

Bir müddət əvvəl, Yəmənin şərqindəki Mərib vilayətində olan hərbi düşərgəyə PUA vasitəsilə edilən hücum zamanı 116 Mansur tərəfdarı ölmüş, onlarla yaralı xəstəxanalara çatdırılmışdı.

Xəbəri paylaş

VİDEOLAR