Yəmən məhkəməsi Mansur Hadiyə ölüm hökmü verdi

Yəmən məhkəməsi Mansur Hadiyə ölüm hökmü verdi

Yəmənin cinayət məhkəməsi çərşənbə axşamı günü dekabrın 31-i qərarını açıqlayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Yəmənin cinayət məhkəməsi çərşənbə axşamı günü dekabrın 31-i bu ölkənin istefa vermiş hökümətinin prezidenti Əbdurəbbuh Mansur Hadi , baş naziri Moin Əbdulməlik Səid və xarici işlər naziri Xalid Hüseyn Əl-Yəmaniyə edam hökmü verib.

Yəmənin rəsmi xəbər agentliyi Səbanın bildirdiyinə görə, Mücahid Əl-Əmdi, Xalid Əl-Mavərdi, Ahməd Əl-Qeyz Və Xalid Ömər hakimlərinin sədirlikləri ilə keçirilən Yəmənin cinayət məhkəməsi iclasında, Əbdurəbbuh Mansur Hadi ,  Moin Əbdulməlik Səid və Xalid Hüseyn ƏL-Yəmaniyə verilən ölüm hökmü ilə yanaşı onların ölkədəki və ölkədən kənardakı bütün əmlaklarının  müsadirə edilməsi haqqında da qərar qəbul edilib.

Bu qərara əsasən, Əl-Yəmani Sionist rejim ilə qeyri-qanuni əlaqə qurmaq, düşmənlər ilə əlbir olmaq, Yəmənin xarici işlər nazirinin adını saxtalaşdırmaq və bu ölkənin ərazi bütövlüyü və istiqlaliyyətinə xələl gətirəcək əməllər törətmək ittihamları ilə edama məhküm edilib.

Bu məhkəmənin verdiyi qərara əsasən Mənsur Hadi və Əbdulməlik Səid də Əl-Yəmaniyə aid cinayətlərdə iştirak etmək, onu Yəmən düşmənlərinə casusluq və onlarla əməkdaşlıq etməyə təşviq etmək, həmçinin ona Polşada keçirilən Varşava iclasında istefa vermiş dövlətin xarici işlər naziri olaraq iştirak etməyə və prezident və baş nazirin adını saxtalaşdırmağa göstəriş vermək ittihamları ilə edama məhküm ediliblər.

Mənsur Hadi 2015-ci il yanvarın 22-i Xalid Behahın sədrlik etdiyi Yəmən nazirlər kabinetinin istefasından sonra öz vəzifəsindən istefa verib. O, 2015-ci il fevralın 21-də Sənadan Yəmənin cənubunda yerləşən Ədənə qaçmış və istefa vermiş nazirlər kabinetinin üzvləri ilə bərabər beş il müddətində Ərəbistanın Səud rejiminin hımayəsi sığınıb.

Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyilə Yəmənin istefa vermiş və qaçmış prezidenti Mənsur Hadini geri qaytarmaq bəhanəsilə 2015-ci ilin mart ayından bu ölkəyə hücum edib və onu hava, quru və dənizdən mühasirəyə alıb. 

Xəbəri paylaş

VİDEOLAR