Yəmənin informasiya naziri Haşim Şərafuddin İslam dünyasını Amerikanın ölkələrindəki hərbi bazalarına son qoymağa çağırıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən hökumət sözçüsü və informasiya naziri Haşim Şərafuddin vurğulayıb ki, ərəb və islam ölkələri İsrail və Amerikanın Fələstin, Livan və Yəmənə qarşı hücumlarını dayandırmaq üçün konkret addımlar atmalıdır.
Şərafuddin deyib: Ərəb və İslam ölkələri sionist düşmənin Qəzzada fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımı görməzlikdən gəlməyə davam edərkən, sionist-amerikan cəbhəsinin strateji tələsinə düşməmək üçün diqqətli olmalıdırlar.
Yəmənli nazir həmçinin İslam dünyasının birlik və həmrəyliyini pozan cəhdlərdən çəkinmək lazım olduğunu bildirib və xəbərdarlıq edib: “Ərəb və İslam xalqları əsl düşmən olan ABŞ və sionist rejimlə mübarizənin kompasını nəzərdən qaçırmamalıdırlar”.