Yəmənə hücum, müzakirələrin bitməsi deməkdir

Yəmənə hücum, müzakirələrin bitməsi deməkdir

Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əl-Husi bildirib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əl-Husi "Twitter" hesabında yazıb: "Təcavüzkar səud koalisiyası bir tərəfdən hərbi hücum və mühasirəyə davam etdirir və digər tərəfdən, danışıqlar üçün hazır olduğunu iddia edir".

"İndi onlara bunu deyirik: sülh qapısı açıqdır və danışıqların açarı sizin əlinizdədir. Tənliyin həlli aydındır", - deyə o, bildirib 

Əl-Husi əlavə edib: "Ərəb rejimləri yəmənliləri öldürmək üçün ABŞ-la əlbir oldular, nəticədə ABŞ mütəffiqi olduğu ərəb hökumətlərini təhqir etdi və onları İsrail rejimi ilə münasibətlərini normallaşdırmağa vadar etdi".

Xəbəri paylaş

VİDEOLAR