"Yəmən Colaninin Suriyası deyil"

Yəmən Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Hizam Əsəd, X sosial media hesabından verdiyi açıqlamada bildirib: "İsrailin düşməninə Yəmənin Colani Suriyası olmadığını deyəcəyik".

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin Yəmənə hücumuna reaksiya verən Əsəd dünənki paylaşımında işğalçı rejimin hücumlarına qəti şəkildə cavab verəcəklərini bildirib.

Ənsarullah rəsmisi vurğulayıb ki, yəmənlilər işğalçı sionist, ABŞ və İngiltərə ilə böyük müharibə aparırlar.

Cavab vermək üçün bir çox variantın olduğunu vurğulayan Əsəd bildirib: "Sionist rejim Yəmənin bu təcavüzə qarşı sərt reaksiyasını gözləməlidir".

Xəbəri paylaş

VİDEOLAR