Yəmən silahlı qüvvələrinin sözçüsü Amerikaya məxsus MQ-9 pilotsuz təyyarəsinin bu ölkənin səmasında vurulduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri, Fələstin xalqına və mücahidlərə dəstək və ABŞ və İngiltərənin Yəmənə təcavüzünə cavab olaraq Yəmən Hərbi Hava Qüvvələrinin Amerikanın MQ-9 PUA-sını Marib vilayəti səmada düşmən tapşırığını yerinə yetirərkən vura bildiyini açıqlayıb.
O bildirib ki, bu əməliyyat yerli istehsal olan yer-hava raketi ilə həyata keçirilib.
Yəhya Səri deyib: Bu, Yəmən Hərbi Hava Qüvvələrinin son 72 saatda vura bildiyi ikinci Amerika PUA-sıdır və ümumiyyətlə, Qəzzaya dəstək üçün "vəd edilmiş qələbə" və Müqəddəs Cihad döyüşləri zamanı indiyə qədər bu tip 14 PUA vurmuşuq.