Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi birləşmiş əməliyyat həyata keçirdiklərini və Amerikanın təyyarədaşıyan gəmisini, eləcə də bu ölkənin F-18 qırıcısını hədəfə aldıqlarını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bununla bağlı bildirib: “Məzlum Fələstin xalqının müdafiə etmək, Qəzzə zolağına və Yəmənə edilən hücumlara cavab olaraq, Silahlı Qüvvələrimiz dünən axşam saatlarında ölkəmizə hücuma başlayan USS Harry Truman təyyarədaşıyan gəmisini və bir sıra Amerika esmineslərini eyni vaxtda hədəfə almağa müvəffəq oldu.”
Yəhya Sərii bu əməliyyatın səkkiz qanadlı raket və 17 pilotsuz təyyarə ilə həyata keçirildiyini açıqlayıb.
Silahlı Qüvvələrin mətbuat katibi deyib: “Esmineslər Yəmən raketləri və pilotsuz təyyarələrinə qarşı durmağa çalışarkən Amerikanın F-18 qırıcı təyyarəsi vuruldu.”
“Apardığımız əməliyyatlar nəticəsində düşmən qırıcılarının əksəriyyəti Yəmən qüvvələrinin hədəfində olan öz təyyarədaşıyan gəmisini müdafiə etmək üçün Yəmənin hava məkanını tərk edərək Qırmızı dənizdəki beynəlxalq sulara qayıtdılar” - deyə, o, əlavə edib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin bildirib ki, bu əməliyyat zamanı Yəmən ərazisinə hücumun qarşısı alındı, Truman təyyarədaşıyan gəmisi də hədəf alındıqdan sonra əvvəlki yerindən Qırmızı dənizin şimalına çəkildi.
General-mayor Yəhya Sərii vurğulayıb: “Biz düşmən İsrail və Amerikaya Yəmənə təcavüzə qarşı xəbərdarlıq edirik; çünki Yəmən Silahlı Qüvvələri ölkənin müdafiəsi üçün tam hüquqlarından istifadə edəcəklər və Qəzzənin işğalı başa çatana və blokadanın götürülməsinə qədər Fələstin xalqına dəstəyini davam etdirəcəklər.”