Yəhya Sinvar bəzi israilli məhbuslarla görüşüb

Yəhya Sinvar bəzi israilli məhbuslarla görüşüb

Həmas tərəfindən sionist məhbusların azad edilməsi getdikcə Netanyahu üçün böyük qalmaqala çevrilir.

Az.rasthaber.com xəbər verir ki, “Haaretz” qəzeti bu məsələ ilə bağlı verdiyi xəbərdə azadlığa buraxılan məhbuslardan birinin belə dediyini bildirib: “Həmas lideri Yəhya Sinvar, müharibənin ilk günlərində tunellərdən birində bəzi israilli məhbuslarla görüşüb və və mübadilə müqaviləsi çərçivəsində geri qaytarılacaqlarını bildirib"

Sionist rejimin 13-cü kanalı bu yaxınlarda azad edilmiş sionist məhbuslardan birinə istinadən bildirib ki, Sinvar bizimlə ivrit dilində danışıb və sağlamlığımızdan əmin olub.

Bu sionist qadın dedi: "Biz və bir neçə başqa məhbus tunellərdən birində olarkən nəsə tərpəndi, sonra bir qapı açıldı və bir fəzilətli şəxs yanımıza gəldi. O, ibrani dilini mükəmməl bilirdi və gözəl danışırdı. O dedi:" Mən Yəhya Sinvaram, sən burada təhlükəsizsən və sənə heç bir zərər dəyməyəcək”. 

Bu media azad edilmiş israilli məhbusların HƏMAS-ın onlarla necə davrandığına dair açıqlamalarının HƏMAS hərəkatını yəhudiləri məhv etməyə çalışan bir terror hərəkatı kimi göstərməyə çalışan Netanyahu üçün ölümcül zərbə olduğunu və məhbusların söylədiklərinin sionist rejimin nüfuzdan düşməsinə və Fələstin müqavimətinin həqiqi simasının üzə çıxmasına səbəb olduğunu izah etdi.

Qeyd edək ki, Yəhya Sinvar 20 ildən çox sionist rejimin həbsxanalarında yatıb və orada ibrani dilində mükəmməl danışıb.

Xəbəri paylaş

VİDEOLAR