Yəhudilərin 59%-i mühacirət fikrindədir - ARAŞDIRMA

Yəhudilərin 59%-i mühacirət fikrindədir - ARAŞDIRMA

İşğal olunmuş ərazilərdə aparılmış araşdırmanın nəticələri göstərir ki, iqtisadi durumun pisləşməsi və yəhudilərin fələstinlilərlə qarşıdurmanın bitməyəcəyi fikrincə olması onları işğal olunmuş ərazilərdən mühacirət fikrinə salıb.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, “Bigen” irs mərkəzinin araşdırmalarının nəticələri göstərir ki, yəhudilərin 59%-i qəsb olunmuş Fələstindən xaricə mühacirət etmək üçün müxtəlif ölkələrin səfirliklərinə müraciət edib və ya onlara müraciət etmək fikrindədir.

Yəhudi ailələrinin 78 faizi də övladlarının qəsb olunmuş Fələstindən xaricə mühacirət etmələrini himayə edir.

Sionist “Məariv” qəzetinin yazarı Kalman Libeskind yazır: Biz qəsb olunmuş ərazilərdə sionizmdən və sionist rejimdən uzaq olan və bu rejimə az diqqət yetirən solçu bir fenomenin inkişafı qarşısında durmuşuq.

Xəbəri paylaş

VİDEOLAR