İsrailin işağlı altında olan İordan çayının qərb sahilindəki Nablus şəhərinin Burin kəndində bir qrup mülki Yəhudi Fələstinlilərin onlarla hektarlıq kənd təsərrüfatı ərazisini yandırıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Fələstin Qurtuluş Təşkilatının Yəhudi yaşayış məskənləri ilə əlaqəli ofisindən yayılan məlumata görə mülki Yəhudi işğalçılar, Burin kəndində hektarlarla əkilmiş ərazini yandırıblar.
Ofisin açıqlamasında qeyd edilib ki, işğalçı İsrail qüvvələri, sakinlərin və mülki müdafiə qruplarının hadisələrin törədildiyi ərazilərə getmələrinə mane olurlar.