Yəhudi mühacirlər Fələstində məscid yandırdılar

Yəhudi mühacirlər Fələstində məscid yandırdılar

Hadisə İordan çayının Qərb sahilində Ramallahın yaxınlığında yerləşən əl-Bira şəhərində baş verib.

Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən xəbər verir ki, işğal edilmiş Fələstin torpaqlarında məskunlaşdırılan yəhudilər məscid yandırıblar.

Hadisə İordan çayının Qərb sahilində Ramallahın yaxınlığında yerləşən əl-Bira şəhərində baş verib.

“Yəhudi mühacirlər şəfəq vaxtı şəhərə soxulublar. Onlar məscidin daxili divarlarında iqrçi şüarlar yazıblar və məscidi yandırıblar”, – deyə əl-Bira meri Əzzam İsmayıl bildirib.

Fələstin Azadlıq Təşkilatının (FAT) icra komitəsinin katibi yəhudi mühacirlərin bu hərəkətini pisləyib.

“Onlar bu gün səhər əl-Bira şəhərindəki məscidi yandırıblar və onun divarlarında “Ərəblər mühasirəyə alınsın, bura yəhudi torpağıdır” yazıblar. Bu, irqçilik və aparteiddir”, – deyə o qeyd edib.

HƏMAS rəsmisi Hazim Qasim bu hərəkəti vəhşilik və digər din və ibadət məkanlarına qarşı düşmənlik və ehtiramsızlıq adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR