Bu barədə fələstinli fəal Cihad əl-Kak məlumat verib.
Rasthaber Azərbaycan FİM-nə istinadən xəbər verir ki, yəhudi köçkünlər İordan çayının Qərb sahilində fələstinlilərə hücum ediblər.
Bu barədə fələstinli fəal Cihad əl-Kak məlumat verib.
Onun sözlərinə görə, insident Ramallahdakı Kafr-Malik rayonunda baş verib. Yəhudi köçkünlər fələstinlərə daşlar atıblar və onlara çubuqlarla hücum ediblər, havaya atəş açıblar.
Qeyd edilir ki, fələstinlilər öz sahələrində əkinlə məşğul olmaq istəyən zaman hücuma məruz qalıblar.
Nəticədə 3 fələstinli yaralanıb.
Xatırladaq ki, son zamanlar adıçəkilən ərazidə tez-tez yerli fələstinlilər və buraya sonradan köçmüş yəhudi köçkünlər arasında toqquşmalar baş verir.
İsrail polisi tərəfkeşlik edərək yəhudi mühacirlərin tərəfini saxlayır.